Dərini gözəl və sağlam edir, qaraciyəri təmizləyir - Xirnikin FAYDALARI
10.10.2022 17:23
Xirnik meyvəsinin tərkibində çox miqdarda təbii karbohidrat var ki, bu da həmin meyvəni enerji deposu kimi qiymətləndirməyə imkan verir.
 
Aztibb.az xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov bu meyvənin bol-bol yeyilməsinin bədəndə qlükozanın depolanmasına və sərt qış aylarında orqanizmi infeksiyalardan qorumağa yardım etdiyini deyib. Bildirib ki, xirnikin tərkibi yodla zəngindir. O, həm hamilə qadınların, həm də uşaqların ən sevimli meyvəsi olmalıdır. Çünki yod beyinin inkişafını, zehni fəaliyyəti artırır, uşaqların əqli cəhətdən qüsursuz doğulmasına yardımçı olur. Zob xəstəliyinin müalicəsində əvəzolunmaz bir qidadır, qadınlarda kistaların, düyünlərin və mastopatiyanın qarşısını alır.
 
"Həmçinin şərq xurmasının tərkibində olan büzücü təsirli tanin maddəsi mədə-bağırsaq yaralarının müalicəsini sürətləndirir. Şərq xurması yeyənlərdə sümük əriməsi və oynaq ağrılarına az rast gəlinir, həmçinin qanda hemoqlobin göstəricisini, yəni qanın faizini yüksəldir, başgicəllənmələrini aradan qaldırır. Xirniyin tərkibindəki karotin bizim gözlərimiz üçün əvəzsiz qidadır, karotin gözlərin görmə qabiliyyətini yaxşılaşdırır, dərini gözəl və sağlam edir, qaraciyəri təmizləyir, böyrək daşı və öd daşı xəstəliklərinin qarşısını alır", - deyə həkim bu meyvənin saymaqla bitməyən faydalarından bəhs edib. 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır