Ümumdünya Psixi Sağlamlıq Günü ilə əlaqədar tədbir keçirilib
10.10.2022 15:52
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Ümumdünya Psixi Sağlamlıq Günü ilə əlaqədar tədbir keçirilib.
 
Tədbirdə Sosial-psixoloji dəstək layihəsinin həyata keçirilməsində fərqlənən Agentliyin reabilitasiya müəssisələrində çalışan psixoloqlara Təşəkkürnamələr təqdim olunub.
 
Qeyd edək ki, postmüharibə dövründə Vətən müharibəsi iştirakçıları üçün başlanılan "Sosial-psixoloji dəstək" layihəsi çərçivəsində 1500-dən çox müharibə veteranı, onların ailə üzvləri və şəhid ailəsi üzvlərinə psixoloji dəstək göstərilib.
 
Ümumilikdə layihə çərçivəsində 12500 saatdan çox seans keçirilib. Psixoloji seanslar əyani və onlayn, fərdi və qrup şəklində baş tutub, vətəndaşlar üçün maarifləndirci seminarlar təşkil olunub.
Layihədə iştirak edən psixoloqlar mütəmadi şəkildə müvafiq təlimlərə cəlb olunurlar.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib