D vitamininin böyrəklərə TƏSİRİ nədir? - Nefroloq açıqladı 
10.10.2022 14:49
D vitamini insan orqanizmi üçün çox böyük rol oynayır, demək olar ki, bütün orqanların funksiyasına təsir göstərir.
 
D vitamini çatışmazlığı bir çox problemlərə yol açır. Ancaq normadan çox D vitaminiqəbulu orqanizmdə intoksikasiyaya səbəb olur.
 
Aztibb.az xəbər verir ki, bu barədə nefroloq Barat Yusubov məlumat verib. 
 
Həkim bildirib ki, D vitamini çoxluğunun ən çox rast gəlinən əks təsiri kalsiumun qanda normadan artıq olmasıdır. Belə halda böyrəklər kalsiumu sidiklə ifraz etmək üçün daha çox çalışır və nəticədə sidik kisəsi və sidik yollarında kalsium duzları yığılır.
 
Bütün bunları nəzərə alıb mütləq qanda kalsium və fosfor səviyyələrini müəyyənləşdirib sonra D vitamini qəbul edilməlidir.
 
Həddindən çox D vitamini qəbulu həm sağlam böyrəklərə, həm artıq xəstəliyi olan böyrəklərə mənfi təsir göstərir".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır