Səhiyyə Nazirliyində Dünya Bankının Texniki Yardım Missiyasının nümayəndələri ilə görüş keçirilib
10.10.2022 14:46

Səhiyyə Nazirliyində ölkəmizdə işgüzar səfərdə olan Dünya Bankının Texniki Yardım Missiyasının nümayəndə heyəti ilə görüş keçirilib.

 

Giriş sözü ilə çıxış edən səhiyyə naziri Teymur Musayev Azərbaycanın dünyanın ən nüfuzlu maliyyə institutu olan Dünya Bankı ilə əlaqələrə və əməkdaşlığa hər zaman önəm verdiyini vurğuladı: “Dünya Bankı ilə müxtəlif sahələrdə əməkdaşlıq ölkəmizdə qabaqcıl beynəlxalq təcrübənin tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb edir”.

 

Nazir rəqəmsal texnologiyalardan istifadəni səhiyyə sistemində aparılan islahatların əsasını təşkil etdiyini bildirdi: “Səhiyyə sisteminin təkmilləşdirilməsi ölkəmiz üçün prioritet məsələdir”.

 

Onun sözlərinə görə, son zamanlar Səhiyyə Nazirliyinin Dünya Bankının missiyaları ilə mütəmadi olaraq keçirilən görüşləri əməkdaşlığın yüksək xəttlə inkişaf etməsinə təkan verir. Sonda nazir əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

 

Səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirən Dünya Bankının səhiyyə üzrə aparıcı iqtisadçısı Driss M. Zine-Eddine El-İdrissi təmsil etdiyi beynəlxalq təşkilatın ölkəmiz ilə səmərəli əməkdaşlığını vurğularaq, ölkəmizin səhiyyə sistemində aparılan islahatların dəstəkləndiyini bildirib

 

Qeyd edək ki, Texniki Yardım Missiyasının əsas məqsədləri Dünya Bankının təminatçının ödəniş sistemi və e-Səhiyyə üçün tələb olunan qanunvericilik dəyişiklikləri ilə bağlı texniki qiymətləndirmələrini və tövsiyələrini Səhiyyə Nazirliyinə və ölkəmizin digər səhiyyə qurumlarının təqdim etmək; Dünya Bankının komandası tərəfindən aparılan texniki qiymətləndirmələrin və təminatçının ödəniş sistemi və e-Səhiyyə üçün zəruri olan qanunvericilik dəyişikliklərinin variantları ilə bağlı tövsiyələrə dair məlumat mübadiləsi və məlumatlandırma üçün seminar keçirmək və s.-dir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb