Gürcüstanda məcburi aborta görə 4 ildən 20 ilədək həbs cəzası müəyyənləşir
09.10.2022 19:55

Gürcüstanda “məcburi abort” və qadının icazəsi olmadan hamiləliyin dayandırılması anlayışları Cinayət Məcəlləsinə daxil edilir.

 

Aztibb.az xəbər verir ki, bazar ertəsi parlamentin büro iclasına təqdim ediləcək qanun layihəsi Avropa Komissiyasının tövsiyələri əsasında hazırlanıb və gender bərabərliyinin gücləndirilməsi, həmçinin qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması məqsədi daşıyır.

 

Qanun layihəsi qadının icazəsi olmadan hamiləliyin sonlandırılmasına görə 4 ildən 8 ilədək həbs cəzasını nəzərdə tutur. Bu hal irqi, dini, milli və etnik ayrıseçkilik səbəbilə, həmçinin başqa cinayət hadisəsinin ört-basdır edilməsi, orqan nəqli məqsədilə törədilərsə, cinayət məsuliyyətinin ağırlaşdırılması nəzərdə tutulur.

 

Qanun layihəsinə görə, qadının icazəsi olmadan aparılan abort onun ölümü ilə nəticələndikdə xüsusi amansızlıq halı kimi qiymətləndiriləcək və bu hala görə 15 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulacaq.

 

Gürcüstan Cinayət Məcəlləsinə dəyişiklikdən sonra qadını hamiləliyini başa çatdırmağa məcbur edilməsinə görə 2 ildən 6 ilədək, ağırlaşdırılmış şərtlərdə isə 7 ildən 11 ilədək həbs cəzası nəzərdə tutulacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib