Orqan və toxuma transpantasiyasında beyin ölümü diaqnozunun aktual aspektlərinə dair beynəlxalq konfrans keçiriləcək
08.10.2022 14:12

21 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin və Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Orqan və toxuma transpantasiyasında beyin ölümü diaqnozunun aktual aspektləri” mövzusunda beynəlxalq Eemi konfrans keçiriləcək.

Aztibb.az xəbər verir ki, konfransda beyin ölümü diaqnozunun təyin olunma meyarları, diaqnozun təsdiqində rast gəlinən problemlər, orqan və toxuma transplantasiyası işinin təşkil olunmasınnın dini, hüquqi, psixoloji aspektləri və ümumilikdə müvafiq sahədə yerli və beynəlxalq təcrübə barədə yüksəkixtisaslı mütəxəssislər tərəfindən təqdimatlar ediləcək, dinləyicilərin sualları cavablandırılacaq.

Regionlarda çalışan mütəxəssislər üçün əlçatanlığı təmin etmək məqsədilə Konfrans hibrid formatda həyata keçiriləcək. Proqrama uyğun olaraq konfrans anestezioloq-reanimatoloq, ümumi cərrah, neyrocərrah, ürək-damar cərrahı, uşaq cərrahı, psixiatr, nevropatoloq, kardioloq, ictimai səhiyyə mütəxəssisi ixtisasına malik həkimlər üçün nəzərdə tutulmuşdur.

Konfransda iştirak ödənişsizdir.

Proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya 6 DTT balı və sertifikat veriləcək.

Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!

Əlavə məlumat üçün linkə keçid edə biləriniz: https://customshospital.az/21-oktyabr-orqan-ve-toxuma.../

Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/msLzy9XGQi16D6S3A

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib