"Ofis ağrıları"ndan qurtulmaq üçün 5 sadə vərdiş
08.10.2022 12:15

Ofis həyatı özü ilə kürək, boyun və bel ağrılarını da gətirir.

 

Aztibb.az xəbər verir ki, həkim osteopat Pərvin Əkbərov "ofis ağrıları" deyə biləcəyimiz ağrılardan 5 sadə vərdişlə qurtulmaq mümkün olduğunu deyib.

 

1. Erqonomi – Öncə oturduğumuz kreslomuzu belimiz dəstəkləyəcək şəkildə erqonomik kreslo modeli ilə dəyişdirməliyik. Hazırda ayaq üstə işləmək üçün uyğun hündürlüyü tənzimləyən masalar da mövcuddur. Düzdür, çətindir amma imkan daxilində gündə 1-2 saat ayaqüstə çalışmağınız daha yaxşı olardı. Erqonomi üçün əsas məqamlardan biri də kompüter monitorunun göz bərabərində olmasına önəm verməkdir.

 

2. Hərəkət – Hərəkətsiz həyat onurğanın düşmənidir. 40 dəqiqədən bir 2-3 dəqiqə işinizə ara verib, dolaşmanız həm onurğanız, həm də gözünüz üçün faydalıdır. Evə dönərkən 1 dayanacaq öncə düşüb evə qədər yürüyərək getməyinizi vərdiş halına gətirməyə çalışmalısınız.

 

3. İdman - Bel və boyun əzələlərinizi gündə 10 dəqiqəlik evdə idman hərəkətləri etmək yeterli olacaqdır. Səhifəmizdə bu növ idman videolarına baxmağınızı tövsiyə edirik.

 

4. Susuzluq- Onurğamızda fəqərələr arası disklərinizin əsas hissəsi sudan təşkil olunmuşdur. Gündə ən azı 2 litr su içmək gündəlik su təlabatınızı qarşılayacaqdır.

 

5. Stres - Stresdən uzaq olmağa çalışmalısınız. Stresimiz artdığında əzələlərimiz gərilərək onurğamızı daha çox yükləmiş olur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır