Kliniki Tibbi Mərkəzdə müalicə alan qazilərlə görüş keçirilib  
07.10.2022 15:22
Kliniki Tibbi Mərkəzdə (KTM) müayinə və müalicə olan qazilərin bir qrupu bu gün Mərkəzin rəhbərliyi ilə görüşüb.
 
Azərbaycan dövlətinin hər zaman şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərdiyini qeyd edən KTM-in direktoru Könül Ələkbərov bildirib ki, TƏBİB-in tabeliyindəki digər dövlət xəstəxanalarında olduğu kimi, burada da Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili üzrə mütəxəssislər işə cəlb olunub və bu məsələyə kifayət qədər həssas yanaşılır.
 
Digər vətəndaşlar kimi qazilərin də burada icbari tibbi sığortadan rahatlıqla istifadə edə biləcəyini deyən K.Ələkbərov bildirib ki, Mərkəz və tabeli xəstəxanaların bütün şöbə və bölmələrində bu qəbildən olan insanlara həm də növbədənkənar xidmət göstərilir: “Qazi və şəhid ailələri hər hansı bir tibbi xidməti almaq üçün növbə gözləmirlər. Sevindirici məqam həm də ondan ibarətdir ki, növbə gözləyən insanlar da bu məsələyə həssaslıqla və hörmətlə yanaşır”.
 
Qazilər son dövrlərdə şəhid ailələri və qazilər üçün yaradılmış şəraitə görə dövlətimizə və bu işin təşkilində xidməti olan hər kəsə təşəkkürlərini bildiriblər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib