Aorta daralmasının cərrahi müalicəsi necə aparılır?
07.10.2022 11:59
Ən böyük damarımız olan aortada daralma - Aorta koarktasiyası adlanır. Daralma adətən başa və qollara gedən damarların aortadan ayrılmasından sonra görülür. Ürəkdən darlığın olduğu yerə qədər hissədə qan təzyiqi artır. Qollarda qan təzyiqi ayaqlardakı təzyiqdən yüksək olur.
 
Aztibb.az-ın xəbərinə görə, ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev bu barədə məlumat paylaşıb.
 
Həkimin sözlərinə görə, aortada daralma anadangəlmə ürək qüsurlarının 6-12%-ni təşkil edir. Yəni hər 1200-1300 doğuşda 1 koarktasiya halı baş verir.
 
Şikayətlər:
 
- Qulaqlarda küy;
- Başağrıları;
- İstilik hissiyyatı (üzdə);
- Təngnəfəslik;
- Ürək döyünmə;
- Aşağı ətrafların keyiməsi;
- Burun qanaxmaları;
- Huşunu itirmə və s.
 
C.Gülmalıyev əlavə edib ki, yeni doğulmuş körpələrdə və əksəriyyətlə ilk 3 aya qədər klassik cərrahi üsula üstünlük verilir. Qısa bir darlıqdırsa, balon valvuloplastikası ilə genişləndirmək erkən yaşlarda da mümkün olur. Əməliyyat zamanı adətən dar olan hissə çıxarılır, sağlam hissələr uc-uca tikilir. Bəzən qoldan alınmış və ya sintetik damarlarla daralmış bölgələr genişləndirilir:
 
"Əgər xəstə orta hesabla çəkisi 20-25 kq-ı keçibsə və çox uzun bir bölgədə darlıq yoxdursa, stent implantasiyası ilk seçim ola bilər".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır