COVID-19-la bağlı yoluxma hallarının sayında artım gözlənilir - ÜST
07.10.2022 09:36

Həftə ərzində sentyabrın 26-dan oktyabrın 2-nə kimi koronavirus infeksiyasına 2,9 milyondan çox insan yoluxub, 8,3 mindən çox insan ölüb. 

 

Aztibb.az Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülleteninə istinadla xəbər verir ki, ötən yeddi günlə müqayisədə yoluxma hallarının sayı 6 faiz, ölüm hallarının sayı isə - 12 faiz azalıb.

 

Xəstəliklə bağlı yoluxma hallarında əhəmiyyətli azalma Afrika (32 faiz) və Qərbi-Sakit Okean regionunda (22 faiz) qeydə alınıb. Eyni zamanda bu göstərici Avropada artıb (8 faiz). Ölüm hallarının sayı Avropa (17 faiz) və Amerika (2 faiz) da daxil olmaqla, ÜST-nin bütün altı regionunda əhəmiyyətli dərəcədə azalıb.

 

Almaniya həftə ərzində ən çox - 400 214 yoluxma halı barədə məlumat verib. Ondan sonra ABŞ (312 125), Yaponiya (306 958), Çin (303 092) və Fransa (264 889) yer alıblar. ABŞ-da yeddi gün ərzində ən çox - 2 728 ölüm halı qeydə alınıb. Daha sonra Rusiya (711), Yaponiya (563), Çin (368) və Braziliya (286) qərarlaşıb, informasiya bülletenində qeyd olunur.

 

ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən brifinqdə bildirib ki, "Avropada bir neçə ölkə COVID-19-a yoluxma halları, xəstəxanaya yerləşdirmə və ölüm hallarının sayında artım barədə məlumat verib". “Bu gözlənilməli idi, çünki hava soyuyur və insanlar birlikdə bağlı yerlərdə daha çox vaxt keçirirlər, ölkələrin əksəriyyəti isə virusun məhdudlaşdırılması ilə bağlı artıq tədbir görmür". " Biz COVID-19-la bağlı yoluxma hallarında artım gözləyirik", - deyə ÜST-nin baş direktoru bildirib. Onun sözlərinə görə, “omikron” indi dünyada koronavirusun üstünlük təşkil edən variantıdır və ÜST tərəfdaşları ilə birgə onun 300-dən çox altnövünü izləyir".

 

Oktyabrın 5-nə olan məlumata görə ÜST-yə pandemiya başlayandan bəri koronavirusa 616 427 419 yoluxan və 6 528 557 ölən barədə məlumat daxil olub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır