ÜST-nin keyfiyyətsiz hesab etdiyi siroplar Azərbaycanda qeydiyyatdan keçməyib
06.10.2022 16:07

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən dünya ölkələrinin əczaçılıq sahəsinin milli tənzimləyici qurumlarına Hindistanın "Maiden Pharmaceuticals" şirkəti tərəfindən istehsal olunan 4 öskürək və soyuqdəymə siropu ilə bağlı xəbərdarlıq göndərilib.

 

Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən xəbər verilib. Bildirilib ki, oktyabrın 6-da göndərilən xəbardarlığa əsasən, Promethazine Oral Solution BP, Kofexmalin Baby Cough Syrup, Makoff Baby Cough Syrup, Magrip N Cold Syrup adlı öskürəyə və soyuqdəyməyə qarşı şərbətlər keyfiyyətsizdir (qeyri-standart).

 

Qeyri-standart (substandart) dərmanlar öz keyfiyyətinə, standartlarına və spesifikasiyasına uyğun gəlməyən dərmanlardır.

 

Qeyd edək ki, Analitik Ekspertiza Mərkəzinin Qeydiyyat-ekspertiza şöbəsinin qeydiyyat bazasına əsasən sözügedən dərmanlar Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçməyib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib