İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi filial müdiri vəzifəsi üzrə vakansiya elan edir
07.10.2022 15:16
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Şəki filialının müdiri vəzifəsi üzrə vakansiya elan edir.
 
Aztibb.az xəbər verir ki, tələblərə müvafiq xəstəxanalarda sığorta işinin təşkili sahəsində metodiki köməkliyin göstərilməsi, vətəndaş müraciətlərinə baxılması və şikayətlərin yerində araşdırılması, Agentlik tərəfindən verilmiş səlahiyyət əsasında tibbi xidmətlərin keyfiyyətinin yoxlanılması məqsədilə monitorinqin aparılması, xəstəxanalarla bağlanmış müqavilələrin icrasına nəzarətin həyata keçirilməsi və tələblərin təmin edilməsi barədə Agentliyə məlumatın təqdim edilməsi və s. aiddir. 
  
Həmçinin namizədlərdən ali tibb təhsili, səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliyin olması və s. tələb olunur.
  
Müraciət qaydası:
 
- Vakansiyaya son müraciət tarixi: 19.10.2022-ci il;
- CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı və bölgə filialını “mövzu” bölməsində qeyd edilməlidir;
- Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
 
Daha ətraflı məlumatı its.gov.az saytından əldə etmək mümkündür.
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib