Tibb Universitetində ÜST-nin nümayəndələri ilə görüş keçirilib
06.10.2022 09:48

Oktyabrın 3-dən etibarən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Malyariya qrupu ölkəmizdə səfərdədir. Qrupun əsas məqsədi Azərbaycana malyariyadan azad ölkə statusunun verilməsi üçün bu istiqamətdə araşdırma aparmaqdır.

 

Qeyd edək ki, ÜST ölkəmizdə ilkin sertifikatlaşdırma missiyasını bu il mayın 16-20-də həyata keçirib. İyunda isə Azərbaycan Səhiyyə Nazirliyi Milli eliminasiya hesabatını Qlobal Malyariya Proqramına təqdim edib. Bu səbəbdən müstəqil araşdırma qrupunun rəhbəri Keith Carter və qrup üzvü Reza Majdraden, Azərbaycan üzrə Qlobal Malyariya Proqramının Eliminasiya şöbəsinin müdiri Elxan Qasımov,  ictimai səhiyyə üzrə mütəxəssisi Elturan İsmayılov Azərbaycan Tibb Universitetində olublar.

 

Aztibb.az-ın xəbərinə görə, ATU-nun Elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov qrup rəhbərinə universitetin tarixi və fəaliyyəti barədə geniş məlumat verib. Universitetin məzunlarının Avropanın nüfuzlu klinikalarında çalışdığını, bu yaxınlarda proqramlarımızın beynəlxalq akkreditasiyadan keçdiyini bildirən prorektor, bu səbəbdən ATU-da təhsil almaq üçün müraciət edən xarici vətəndaşların sayının ilbəil artdığını qeyd edib: “Hazırda 2500-dən artıq əcnəbi şəxs Tibb Universitetində təhsil alır. Dünyanın nüfuzlu ali təhsil müəssisələri ilə əlaqələrimiz var. Bu universitetlərlə elmi-praktik, müəllim-tələbə mübadiləsi aparırıq. O cümlədən Ümumdünya Səhiyyə Təşkilatı ilə də müqaviləmiz mövcuddur və bu təşkilatla qarşılıqlı əməkdaşlıq şəraitində əlaqələrimizi davam etdiririk”.

 

Prorektor, həmçinin malyariya xəstəliyi ilə bağlı ölkəmizdəki əvvəlki durum və bu istiqamətdə aparılan gərgin mübarizədən söhbət açıb. Aparılan mübarizənin effektiv təsiri nəticəsində malyariya xəstəliyinin 2013-cü ildən etibarən kökünün kəsildiyini bildirib, son 3 ildə isə ümumiyyətlə qeydə alınmadığını vurğulayıb.

 

Epidemiologiya və biostatistika kafedrasının müdiri, professor İbadulla Ağayev, Tibbi mikrobiologiya və immunologiya kafedrasının müdiri, professor Həqiqət Qədirova, İctimai səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, Tibb təhsili və innovasiya şöbəsinin müdiri Aygün Babayeva da öz çıxışlarında ölkəmizdə malyariya xəstəliyinə qarşı aparılan mübarizədən, Azərbaycan hökumətinin bu mübarizəyə verdiyi dəstəkdən, bu sahədə fədakarlıq göstərən alimlərimizin misilsiz xidmətlərindən, müvafiq tədris prosesi, çoxsaylı tədqiqat işlərindən, tələbələrin parazitologiya sahəsində qazandığı praktik təcrübədən və s. söhbət açıblar.

 

Qrupun rəhbəri Keith Carter isə öz çıxışında bildirib ki, Azərbaycana gəlişlərinin məqsədi malyariya ilə bağlı vəziyyəti hərtərəfli öyrənmək, bu istiqamətdə görülən işlərlə yaxından tanış olmaqdır: “Ümidvaram ki, bu missiyanın sonunda malyariya xəstəliyinin kökünün kəsilməsi ilə bağlı eliminasiyada qeyd olunanlar tərəfimizdən təsdiqini tapacaq, hesabatda əks olunanların şahidi olcağıq”. Qrup üzvü Reza Majdraden də çıxışı zamanı BMT-nin "2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik"də əksini tapan Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində 35 ölkədə malyariyanın eliminasiyasına nail olmağın məqsəd kimi qarşıya qoyulduğunu qeyd edib: “Belə azad ölkələdən biri kimi Azərbaycan da öz namizədliyini irəli sürüb. Biz də bunu araşdırmaq missiyası ilə Azərbaycana təşrif gətirmişik. Gördüklərimiz, tanış olduqlarımız eliminasiyanın təsdiqinə imkan verərsə, o zaman sizin ölkəyə sertifikat təqdim edəcəyik. Təqdim olunmuş hesabatdan və etdiyiniz çıxışlardan da məlum olur ki, Azərbaycan malyariya xəstəliyinin eliminasiya olunması üçün xeyli səylər göstərib. Tanınmış alimləriniz, mütəxəssisləriniz xeyli zəhmət çəkib, bu sahəyə özlərinin lazımi töhfələrini veriblər”.

 

Sonda qrup üzvlərini maraqlandıran suallara yerli mütəxəssislər ətraflı şəkildə cavab veriblər. Mütəxəssislərimizin bu sahədə keçdiyi mübarizə yolu qonaqlar tərəfindən maraqla qarşılanıb.

 

Xatırladaq ki, ÜST-ün nümayəndələri oktyabrın 14-dək ölkəmizdə səfərdədirlər. Onlar malyariyaya qarşı mübarizədə iştirak edən alimlərlə görüşəcək, elmi müəssisələr, təşkilatlar, o cümlədən tədqiqat işləri aparan laboratoriyalarla yaxından tanış olacaq, hərtərəfli araşdırmalar həyata keçirəcəklər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb