ÜST-nin konsultantı tibbi avadanlıqların idarəedilməsi üzrə qiymətləndirilmə həyata keçirir
06.10.2022 09:41
Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə həyata keçirdiyi Sağlamlıq üçün Həmrəylik Təşəbbüsünün TƏBİB ilə əməkdaşlığı çərçivəsində ÜST-nin biotibbi mühəndislik üzrə konsultantı Ulian Rotari 3-7 oktyabr tarixlərində tibbi avadanlıqların idarəedilməsi üzrə qiymətləndirilmə həyata keçirir.
 
Aztibb.az xəbər verir ki, missiya çərçivəsində Mərkəzi Neftçilər Xəstəxanası, Respublika Klinik Xəstəxanası və Sabunçu Tibb Mərkəzi, habelə Sabirabad Rayon və Şirvan Şəhər Mərkəzi Xəstəxanalarında tibbi avadanlıqların idarəedilməsi, o cümlədən oksigen təchizatı və təhlükəsizliyi, yanğın təhlükəsizliyi və təxliyyə planlarına baxış keçirilib.
 
Daha sonra sözügedən xəstəxanaların rəhbərləri ilə görüşən missiya üzvləri tibbi avadanlıqların idarəedilməsinin daha səmərəli təşkil edilməsi və standartlaşdırılması ilə bağlı tövsiyələr verib, işçi heyətinin potensialının artırılması üçün təlimlərin əhəmiyyətini qeyd edib. Qiymətləndirmələrdən sonra ekspert tərəfindən xəstəxanaların biotibbi işçi heyətinə 6-7 oktyabr tarixlərində təlim keçiriləcək.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır