ATU-nun rektoru Beynəlxalq Müəllimlər Günü münasibətilə əməkdaşları təbrik edib  
05.10.2022 15:46

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür. Bu əlamətdar gün UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Beynəlxalq Müəllimlər Günü həyatını insanların işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Azərbaycanda Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd olunur.

 

Müəllimlik dünyada ən çətin, ən şərəfli peşədir. Missiyası öyrətmək olan müəllimlərə ən qədim zamanlardan dünyanın hər yerində, bütün cəmiyyətlərdə yüksək hörmət qoyulub. Bu peşənin müqəddəsliyini, digərlərindən üstünlüyünü göstərmək üçün bircə məqamı yada salmaq kifayət edər: Bütün görkəmli şəxsiyyətlərin, alimlərin, nəhəng biznesmenlərin hamısının uğur təməlinin əsasında müəllim dayanır! Hərflərdən tutmuş ən mürəkkəb elmi məsələlərədək hər şeyi öyrədən müəllimdir, ən kiçik ixtiralardan kosmosdakı uğurlaradək hər bir nailiyyətin arxasında müəllim var! Müəllim həm də özündən sonrakı müəllimin müəllimidir. Siz gələcək şəxsiyyətə biliklərlə yanaşı, həm də tərbiyə, dünyagörüşü, əxlaq aşılayan şəxslərsiniz.

 

Tibb təhsili ilə məşğul olan müəssisələrdə tədris prosesi ikiqat önəmlidir. Çünki burada ən şərəfli, ən məsuliyyətli iki peşənin vəhdəti var. Məsələn, Azərbaycan Tibb Universitetinin müəllimləri gələcəyin həkimlərini yetişdirirlər. Müəllim öyrədən, şəxsiyyət formalaşdırandırsa, həkim də müalicə edən, həyat verəndir! Məhz bu məqam bizim cəmiyyət qarşısında, hətta əcnəbi tələbələrimizi nəzərə alsaq, bütün dünya qarşısında nə qədər vacib və nə qədər məsuliyyətli bir fəaliyyət göstərdiyimizi ortaya qoyur.

 

Azərbaycanda həm cəmiyyət, həm də dövlət səviyyəsində həmişə müəllimlərə xüsusi münasibət, xüsusi sevgi olmuşdur və bu gün də var.

 

Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. O, deyirdi: "Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı namınə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir".

 

Bu gün də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın liderliyi ilə dövlətimizin müəllimlərin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasına böyük diqqət və qayğısını görürük. Bunun nəticəsidir ki, müəllim peşəsini seçən abituriyentlərin sayı bu gün yüksək rəqəmlərlə ifadə olunur.

 

Müəllimlərin fəaliyyətinin nəticəsini biz 44 günlük Vətən müharibəsində də gördük. Məhz onların vətənpərvər, yurda bağlı ruhda tərbiyə etdiyi gənclərimiz Ali Baş Komandanımızın rəhbərliyi altında sonsuz inamla öz canları və qanları bahasına 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdilər.

 

ATU-da tədrislə məşğul olan bütün əməkdaşları bayram münasibətilə təbrik edir, uğurlar arzulayıram! Müəllim özünü yandırmaqla başqalarına işıq verən çırağa bənzəyir. Arzu edirəm ki, işığınız həmişə gur olsun!

 

ATU-nun rektoru, professor Gəray Gəraybəyli

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib