Elmi Cərrahiyyə Mərkəzində UĞURLU ƏMƏLİYYAT
05.10.2022 16:11
70 yaşlı qadın qanazlığı şikayətləri ilə rayonlardan birində həkimə müraciət edib. Qarın boşluğunun USM və KT müayinəsində qaraciyərin qapısında, qalxan çəmbər bağırsaqda təqribən 9-10 sm ölçüdə törəmə və yanaşı olaraq öd kisəsində çoxsaylı 2,5 sm ölçüsündə daşlar aşkar olunub. Xəstə Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində uğurla əməliyyat edilib. 
 
Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzin Qaraciyər, ödkisəsi və mədəaltı vəzi xəstəliklərinin cərrahlığı şöbəsinin baş elmi işçisi, tibb elmləri doktoru, professor Zərraf Şirinov “Facebok” sosial şəbəkəsində məlumat paylaşıb:
 
"Bir faktı qeyd edim ki, yoğun bağırsağın sağ yarısının törəmələri, bir qayda olaraq, anemiya ilə müşaiyət olunur. Xəstəyə Elmi Cərrahiyyə Mərkəzində kolonoskopiya olunub, qalxan çəmbər bağırsağın törəməsi bağırsağı tam abturasiya edilib. Biopsiya götürülüb, -atipiya təsdiq olunub".
 
Zərraf Şirinov bildirib ki, qanköçürməklə müvafiq əməliyyatönü hazırlıqdan sonra pasiyentə açıq üsulla orta kəsiklə müştərək əməliyyat: xolesistektomiya və sağ tərəfli yoğun bağırsağın törəmə ilə, böyük piyliklə və ətraf limfa sistemi ilə birlikdə xaric edilməsi əməliyyatı icra olunub.
 
Onun sözlərinə görə, hazırda xəstə aktivdir, qida qəbulu və fizioloji aktlar normaldır. Məmnun halda evə getməyə hazırlaşır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib