İmmuniteti gücləndirmək üçün ƏN YAXŞI QİDA
05.10.2022 11:39

Həkimlər immuniteti gücləndirmək üçün ən yaxşı qidanı müəyyən ediblər.

 

Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, ABŞ tədqiqatçıları qida lifinin bağırsaq bakteriyaları üçün ən yaxşı qida olduğu qənaətinə gəliblər. Belə ki, liflər bağırsaq mikrobiomu tərəfindən udulmuş zaman, bədənin qoruyucu funksiyalarını yaxşılaşdıran maddələr buraxılır.

 

“Lifli qidalara ən çox bağırsaq bakteriyaları üstünlük verir. Onun parçalanması zamanı immun hüceyrə reseptorlarını stimullaşdıra bilən qısa zəncirli yağ turşuları əmələ gəlir - bu, immunitet sisteminin antimikrobial reaksiyalarını aktivləşdirir” - deyə həkimlər bildirir. 

 

Bu nəticəyə gəlməzdən əvvəl tədqiqatçılar bağırsaq mikroorqanizmlərinin, immun sistem hüceyrələrinin və kolonositlərin (yoğun bağırsağın selikli qişasında olan hüceyrələr) orqanizmdə necə qarşılıqlı əlaqədə olduğunu öyrəniblər. Onların fikrincə, insanın xəstəlik törədən patogenlərdən qorunması böyük ölçüdə kolonositlərlə birlikdə fəaliyyət göstərən rezident bakteriyaların fəaliyyətindən asılıdır. İnsan liflə zəngin qida qəbul etdikdə kolonositlər elə fəaliyyət göstərir ki, rezident bakteriyalar ölümdən maksimum qorunur.

 

Alimlər həmçinin qida lifinin ən yaxşı mənbələrinin bitki qidaları - giləmeyvə, tərəvəz və meyvələr, qoz-fındıq və s. olduğunu vurğulayıblar.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub