İnsanın quş qripinə yoluxması ilə bağlı İspaniyada ilk, Avropada ikinci fakt qeydə alınıb
05.10.2022 11:21

İspaniya Milli Mikrobiologiya Mərkəzi bu ölkədə ilk dəfə insanın H5N1 quş qripinə yoluxması testinin müsbət nəticəsini qeydə alıb.

 

Aztibb.az xəbər verir ki, yoluxmuş şəxs Qvadalaxara Kastiliya-La Mança əyalətindəki fermasının işçisidir. Testin müsbət nəticəsi ferma işçilərinin fəal müşahidəsi zamanı aşkar edilib.

 

İnsanın H5N1 qripinə yoluxması ilə bağlı yoxlamanın müsbət nəticəsi İspaniyada ilk, Avropada ikinci hadisədir. Avropada ilk belə hadisə 2022-ci ilin yanvarında Böyük Britaniyada qeydə alınıb.

 

İspaniya quş qripinə çox həssasdır, çünki 1,5 milyondan çox köçəri quş qış mövsümünü İspaniyada keçirir. Onların arasında yoluxmanın yayıldığı ölkələrdən gələnlər də olur.

 

İspaniya Heyvanların Sağlamlığının Tədqiqat Mərkəzi (CSA) bu faktı şərh edərək göstərir ki, ölkədə H5N1 qripinə həssas olan vəhşi quşların və ev quşlarının populyasiyası çox yüksəkdir və bunun iqtisadiyyata böyük təsiri ola bilər, çünki quşçuluq sektoru Krallıqda heyvandarlıq məhsulları istehsalında ikinci yeri tutur.

 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, insanlar arasında H5N1 qripinə yoluxma nadir hallarda baş verir, lakin bu yoluxmaların ölümlə nəticələnməsi göstəricisi 60 faizə çata bilər. Bundan əlavə, son illərdə insanlar və quşlar arasında yoluxmanın kəskin artması ekspertləri narahat edir, çünki bu virus daha yaxşı yayılmaq üçün mutasiyaya uğrayır.

 

Budəfəki H5N1 ştamı 2021-ci ildə aşkar edilib və o ilin məlumatına görə, təkcə ABŞ və Avropada 90 milyona yaxın quş tələf olub.

 

Ümumdünya Heyvanların Sağlamlığının Mühafizəsi Təşkilatının məlumatına görə, 2021-ci ildə qeydə alınmış yoluxma hallarının sayı 2020-ci ildəkinə nisbətən 462 faiz çox və hətta əvvəlki beş il üzrə toplu rəqəmdən yüksək olub. Bu halda quşlar arasında ölüm halları 2020-ci ildəki illə müqayisədə 150 faiz çoxdur. Bu rəqəmlər onu göstərir ki, virusun insana keçməsi ehtimalı yüksəkdir.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib