Halı qəfil pisləşən gənc dünyasını dəyişib
05.10.2022 10:23

Mingəçevirdə 17 yaşlı oğlan qəfil vəfat edib.

 

Aztibb.az xəbər verir ki, şəhər sakini, 2005-ci il təvəllüdlü Cavid Məmmədov şəhər ərazisindəki çayxanada olarkən halı qəfil pisləşib. O, xəstəxanaya çatdırılsa da, öldüyü məlum olub.

 

İlkin məlumata görə, Cavid beyninə qansızması səbəbindən dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.