Babasildən əziyyət çəkməmək üçün 7 VACİB QAYDA
05.10.2022 11:25
Anus ətrafında və rektumun aşağı hissəsində, varikoz damarlarına bənzər şişkin damarlarla xarakterizə olunan vəziyyətə hemoroid və ya babasil deyilir. Babasil yarada biləcək bir çox səbəb vardır.
Aztibb.az Xətai Tibb Mərkəzinə istinadla xəbər verir ki, cərrah yalnız pasiyentin heç cür müalicəyə tabe olmadığını müəyyən etdikdə əməliyyatı tövsiyə edir. Əməliyyatı qaçılmaz edən isə düzgün olmayan həyat tərzidir. Xətai Tibb Mərkəzinin cərrahı Janna Xudaverdiyeva cərrahi əməliyyata məruz qalmamaq üçün həyat tərzinə diqqət yetirməyi məsləhət görür. Bu dəfə həkim babasil xəstəliyindən qurtulmağın yollarından danışır:
Babasildən (hemoroiddən) əziyyət çəkməmək, əməliyyata qədər gəlib çıxmamaq üçün aşağıdakılara əməl etmək lazımdır
1. Düzgün qidalanmalısınız. Yüksək lifli qidalardan istifadə etməlisiniz.
2. Oturaq həyat tərziniz varsa, gün boyu çalışmalısınız ki, hərəkət edəsiniz. Buna idman hərəkətləri də daxildir.
3. İdman və ya iş görəndə gücünüz çatandan artıq ağırlıq qaldırmamağa çalışın.
4. Gündə kifayət qədər su qəbul etmək lazımdır.
5. Fiziki və psixoloji cəhətdən sağlam həyat tərzi sürməyə çalışın.
6. Defekasiya ehtiyacı yarandıqda, gözləmədən tualetə gedin.
7. Ədviyyatlı yeməklərdən çəkinin.
Həkimin sözlərinə görə, babasilin yaranmasının ilk səbəbi qəbizlik olduğu üçün çalışmalısınız ki, lifli qidalardan istifadə edəsiniz ki, qəbiz olmayasınız. Gündə ən azı 1 dəfə şorba içmək lazımdır. Qırmızı ət yeməklərini azaltmalısınız. Meyvə- tərəvəz bol vitaminli qidalar yeyin. Ədviyyatlı, duzlu yeməklərdən uzaq durun. Qatıq yeməyi də unutmayın. Qazlı içkilərdən uzaq durun. Bol su için. Bunlara əməl etdikdə həm babasili yaradan səbəblər kökəlmə, həm də qəbizlik olmur.
Gün boyu aktiv olmaq xüsusi ilə idmanla məşğul olmaq lazımdır. Əgər oturaq həyat tərziniz varsa, iş arası fasilə edib aktiv olmaya çalışın. Sadəcə gün boyu 20-30 dəqiqə yürüyüş belə çox faydalıdır. Babasili yaradan amillərdən ən başlıca amil ağır yük qaldırmaqdır. Çalışın ağır yük qəti qaldırmayın və idman edən zaman bunu diqqətə alın. Defekasiya ehtiyacınızı saxlamayın saxladıqda və bu hal tez-tez olduqda babasil yarana bilər.
Həkim əlavə edib ki, yuxarıda qeyd olunanlara əməl etməklə babasil xəstəliyindən uzaq drumaq mümkündür.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub
17.10.2026 | 12:18

