Tək böyrəklə sağlam yaşamaq mümkündür - Nefroloq
04.10.2022 12:12

Böyrək nəqlindən sonra böyrəyini bağışlayan donorun gələcəkdə böyrək çatışmazlığı olma riski sırf bu səbəbdən artmaz. Bu günə qədər təkcə ABŞ-da 75 min insan yaxınlarına böyrək bağışlamışdır. Amerika və Avropada bugünə qədər aparılmış statistik araşdırmalar heç bir böyrək donoru olan birinin böyrək çatışmazlığı olma riskinin artmasını qeydə almamışdır.

 

Aztibb.az xəbər verir ki, bu barədə nefroloq Barat Yusubov məlumat verib. 

 

Həkimin sözlərinə görə, ABŞ və Avropa da canlıdan orqan nəqlinin artması üçün yaxınlarına böyrək bağışlamasına orqan bağışı müəssələri və dövlət qurumları tərəfindən dəstək verilir. Cəmiyyət içində minlərcə insan tək böyrəklə anadan olur və bu insanlar sağlam həyat yaşayırlar.

 

"Bəzi böyrək xəstəlikləri vəya qəzalar nəticəsində də insanların bir böyrəyin götürülməsi lazım ola bilər. Bu hallarda həmin insanların böyrək çatışmazlığı olma riski normal insanlardan fərqli deyil. Bir çox xəstəliklər zamanı hər iki böyrəkdə problem eyni zamanda başlayır. Yəni hər hansı bir şəxsdə böyrək çatışmazlığının inkişafı onun iki böyrəkli olması və ya tək böyrəkli olmasına bağlı deyil. Əksinə, əgər bir zaman böyrək çatışmazlığı kimi bir xəstəliklə üzləşmə riskiniz varsa, ən azından bir böyrəyinizi donor olaraq yaxınınıza verib onun sağalmasına səbəb ola bilərsiniz".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub