Suyu oksigen və hidrogenə parçalayan maddə yaradılıb  
04.10.2022 10:32

Alimlər su molekullarını hidrogen və oksigenə ayıra bilən maddə hazırlayıblar.

 

Aztibb.az www.gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə “Nature Catalysis” jurnalında məqalə dərc olunub.

 

Tədqiqat Almaniyanın Vürzburg Universitetindən Frank Vürthnerin rəhbərliyi ilə həyata keçirilib.

 

Onun tədqiqat qrupu illərlə bitkilərdə fotosintez zamanı suyun parçalanması ilə əlaqəli olan fotosistem-II-nin süni şəkildə çoxaldılması üzərində işləyir. Bir neçə il əvvəl onlar su molekullarını parçalaya bilən rutenium ionları və üzvi maddələr əsasında bir neçə müxtəlif molekullardan ibarət mürəkkəb kimyəvi sistem yaratmağa nail olublar.

 

Tədqiqatçılar suyu parçalamaq üçün ruteniumdan süni ferment hazırlamaq ideyası ilə çıxış ediblər. Təcrübələr göstərib ki, sintetik ferment həqiqətən də fotosistem-II kimi suyu aktiv şəkildə parçalaya bilir. Yaxın gələcəkdə alimlər bu fermentdən işıq enerjisindən istifadə edərək suyu parçalayan eksperimental qurğu yaratmaq üçün istifadə etməyi planlaşdırırlar.

 

Belə texnologiya hidrogen enerjisi üçün faydalı ola bilər, belə ki, hazırda hidrogenin əsas hissəsi təbii qazdan çıxarılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb