Dünyada COVID-19 pandemiyasını sonlandırmaq üçün ən əlverişli şərait yaranıb - ÜST
03.10.2022 19:01

“Hazırda dünyada COVID-19 pandemiyasını sonlandırmaq üçün ən əlverişli şərait yaranıb. Pandemiyanı hələ tam sonlandıra bilməsək də, üfüqdə qələbəni sezmək mümkündür”.

 

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyindən bildirilib.

 

Qeyd edilib ki, buna görə də 6 milyondan çox insanın həyatına son qoymuş pandemiyanı bitirmək üçün dövlətlər sayıqlığı əldən verməməlidirlər:

 

“Bunun üçün daha çox çalışmalı və pandemiyanı geridə qoyduğumuzdan əmin olmalıyıq. COVID-19 və digər potensial pandemiyaların qarşısının alınmasında birgə səy göstərilməli, yüksək risk qrupuna aid edilən əhali kateqoriyaları tam peyvənd olunmalıdır. Bu istiqamətdə çalışarkən səhiyyə işçilərinə dəstək verməli, onları lazımi tibb avadanlıqları və təchizatlarla təmin etməliyik.

 

Nəzərə almaq lazımdır ki, gələcəkdə müxtəlif infeksiya dalğalarını müşahidə edə bilərik. Təkcə 2022-ci ildə 1 milyondan artıq insanın COVID-19 səbəbilə dünyasını dəyişməsi o deməkdir ki, pandemiya hələ də qlobal təhlükə olaraq qalmaqdadır”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır