Professor Gəray Gəraybəyli ATU-nun Tədris Cərrahiyyə Klinikasında müalicə alan qazini ziyarət edib
03.10.2022 16:04

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 44 günlük Vətən müharibəsi iştirakçıları, qazilərimizin müalicəsi aparılır.

 

Aztibb.az-ın xəbərinə görə, bu gün ATU-nun rektoru, professor Gəray Gəraybəyli klinikada müalicə alan qazi Natiq Salahovu ziyarət edib. Rektor qazinin onun səhhəti, müalicəsinin gedişatı ilə maraqlanıb.

 

Gəray Gəraybəyli bildirib ki, Şanlı Zəfəri bizlərə bəxş edən müharibə iştirakçılarına diqqət və qayğı göstərmək vətəndaş olaraq hər birimizin ən ümdə işi olmalıdır və klinikanın əməkdaşları bu gənclərin sağlamlıqlarına qovuşması üçün əlindən gələni əsirgəmirlər. 44 günlük Vətən müharibəsində iştirak edən bütün hərbçilərimizin onun üçün doğma və əziz olduğunu qeyd edən rektor  qazimizə tezliklə sağlamlığına qovuşmasını arzulayıb.

 

ATU-nun Travmatologiya və ortopediya kafedrasının müdiri, dosent Cəfər Nəsirli rektora müalicənin gedişi ilə bağlı ətraflı məlumat verib. Xatırladıb ki, Natiq Salahov torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdən birində ağır yaralanıb və hər iki ayağını itirib. Qazilərimizlə bağlı həyata keçirilən geniş miqyaslı dəstək tədbirlərinin çərçivəsində Natiq üçün xüsusi protez sifariş verilib və hazırda xəstə həmin protezlə bütün hərəkətləri icra edə bilir. Həkim əməliyyatın uğurla keçdiyini, qazimizin hərəkətlərində heç bir problem yaşamaması üçün ona hər cür yardım göstərildiyini bildirib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib