Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin əməkdaşı təlim sessiyasında iştirak edib  
03.10.2022 10:12
28-30 sentyabr 2022-ci il tarixlərində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Avropa Şurasının Gənclər Departamenti ilə birgə gənclər işçiləri və təlimçiləri üçün təlim sessiyasında iştirak edib.
 
Beynəlxalq təcrübəyə əsaslanaraq Azərbaycanda gənclərlə iş sahəsində çalışan təlimçilər şəbəkəsinin təkmilləşdirilməsi və qeyri-formal təhsilin keyfiyyətli inkişafına dəstəyin göstərilməsi məqsədilə həyata keçirilmiş tədbirin rəsmi açılış hissəsində Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Avropa Şurasının Bakı ofisinin rəhbəri Petr Sich, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Assambleyasının (NAYORA) sədri Azər Əliyev və Gənclər Təşkilatları Şurasının proqram işçisi Rüstəm Abdullayev çıxış ediblər. Onlar “qeyri-formal təhsil” konsepsiyasının metodoloji əsas kimi istifadəsinin vacibliyi və Avropa Şurasının Gənclər Departamentinin bu sahədəki genişmiqyaslı tədbirləri barədə ətraflı məlumat veriblər.
 
Avropa Şurasının Azərbaycan üzrə Fəaliyyət Planı çərçivəsində təşkil olunmuş təlimlər zamanı “Qeyri-formal təhsillə bağlı Azərbaycanda mövcud vəziyyətin qiymətləndirilməsi”, “Gənclərlə iş, Qeyri-formal Təhsil və Avropa Şurasının standartları ilə bağlı keyfiyyətin qiymətləndirilməsi”, “Həssas qruplarla işləmək bacarığı”, “Keyfiyyətin artırılmasında Təlimçi Şəbəkələrinin rol və vəzifələri”, “Qeyri-formal təhsil şəbəkəsi modelləri və imkanları”, “Təlimçi Etikası” və sair kimi mövzularda təqdimatlar dinlənilib, qrup işləri və aktiv sual-cavab sessiyaları həyata keçirilib.
 
Avropa Şurası təlimçilər şəbəkəsinin üzvləri Pərvanə Məmmədova, Cihan Kılıç və SALTO təlimçisi Nuranə Məmmədova tərəfindən keçirilən təlim sessiyalarında bir çox gənc mütəxəssislər iştirak edərək bilik və bacarıqlarını təkmilləşdirmə və tədbirin sonunda gələcək fəaliyyətlər və növbəti addımlar barədə şəbəkələşmə imkanı əldə ediblər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib