Hadrutda Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb
01.10.2022 16:41

Hadrutda Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb.

 

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyilə rəşadətli ordumuzun işğaldan azad etdiyi ərazilərdə bütün həyati əhəmiyyətli sahələrdə, o cümlədən tibbi xidmətin təminatı sahəsində də geniş miqyaslı işlər görülməkdədir. Bu işlər çərçivəsində bu gün Hadrut Ailə Sağlamlıq Mərkəzi (ASM) fəaliyyətə başlayıb.

Ailə Sağlamlıq Mərkəzi TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə TƏBİB-in tabeliyindəki Beyləqan Rayon Mərkəzi Xəstəxanasının struktur vahidi kimi yaradılıb. Mərkəz 6 otaqdan ibarətdir. Tibb müəssisəsində Beyləqan Rayon Mərkəzi Xəstəxanasından ezam olunan təcili tibbi yardım briqadası, həkim, orta tibb işçisi və kiçik tibb işçisi olmaqla 12 personal xidmət göstərəcək.

Sağlamlıq mərkəzinin binası əsaslı təmirdən sonra istifadəyə verilib və 6 min vətəndaşa xidmət göstərilməsi nəzərdə tutulub. Müəssisə bütün zəruri tibbi avadanlıqlar və vasitələrlə təmin edilib. Bundan əlavə, ASM-də 24 saat ərzində Təcili və təxirəsalınmaz tibbi yardım xidməti təşkil edilib və reonomobil ambulansla tam təchiz olunub.

ASM-in açılışında TƏBİB-in Koordinasiya şöbəsinin müdiri Mübariz Ağayev, Prezidentin Xocavənd rayonu üzrə səlahiyyətli nümayəndəsi Əli Zeynalov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Beyləqan və Xocavənd rayon mərkəzi xəstəxanalarının direktorları və Hadrut Ailə Sağlamlıq Mərkəzində çalışan tibb işçiləri iştirak ediblər.

Qeyd edək ki, indiyədək Hadrutda tibbi xidmət Beyləqan və Xocavənd rayon mərkəzi xəstəxanalarının səyyari briqadaları vasitəsilə təmin edilib.

Xatırladaq ki, Hadrut qəsəbəsində dövlət qurumlarında, təmir və tikinti şirkətlərində çalışan vətəndaşlarımıza, bəzi hallarda hərbi xidmət müəssisələrində xidmət keçən hərbçilərimizə və ailələrinə ilkin səhiyyə xidməti göstərən Hadrut Ailə Sağlamlıq Mərkəzi Ağalı Ailə Sağlamlıq Mərkəzindən sonra işğaldan azad olunmuş ərazilərdə fəaliyyətə başlamış ikinci ilkin səhiyyə xidməti müəssisəsidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb