Bu tarixlər üçün maqnit qasırğası gözlənilir
29.09.2022 17:06

Son üç sutka ərzində Günəş aktivliyinin aşağı səviyyədə olmasına baxmayaraq, Günəş səthində bəzi aktiv oblastlar parçalanıb, Yerə praktik təsir edə bilməyən C sinif və zəif təsirli olaraq radiadalğaların yayılmasını əngəlləyə, hətta pozulmasına gətirərək radiasiya və maqnit qasırğası yarada bilən M sinif alışmalar müşahidə olunub.

 

Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından verilən məlumata görə, son sutka ərzində Günəşdə müşahidə olunan tac kütlə atılmaları 30 sentyabr - 1 oktyabr tarixləri üçün Yerə yaxınlaşaraq maqnit sahəsində dəyişiklik yarada biləcək. Çox zəif radiasiya qasırğası ilə yanaşı, Günəş atmosferindən gələn yüksək sürətli axınların Yerə daha yaxın olacağı səbəbindən mülayim (G1) və orta (G2) səviyyədə geomaqnit qasırğasının olacağı proqnozlaşdırılır. Maqnit qasırğasının gücünü göstərən əmsal 9 ballıq sistemlə 2-dən 6-ya kimi yüksələcək.

 

Günəşdə alışmaların baş vermə ehtimalı sentyabrın 29-da C sinif alışmalar üçün 90%, M sinif alışmalar üçün 25% və X sinif alışmalar üçün isə 5%-dir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib