Döyüşçü həkim ARAZ AĞAYEV
28.09.2022 21:42

Xətai Tibb Mərkəzinin həkim-terapevti Araz Ağayev Vətən müharibəsinin ilk günündən, sentyabrın 27-dən ehtiyatda olan tibb xidməti baş leytenantı kimi cəbhəyə yollanıb. Oktyabrın 10-dan Murov, Suqovuşan, Talış və Ağdərə istiqamətlərindən döyüşlərə qatılıb. 

 

Araz Ağayev həm döyüşçü, həm də həkim kimi döyüşlərdə iştirak edib. Döyüşüb, yaralanan çiyindaşlarına isə ilk tibbi yardım göstərib.

 

O, müharibədən sonra Prezident İlham Əliyevin əmri ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

 

Araz həkim 1980-ci ildə anadan olub. Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirib. Ali təhsilini başa vurduqdan sonra bir çox müalicə müəssisələrində həkim kimi çalışıb. Hazırda Xətai Tibb Mərkəzində xəstəliklərlə mübarizədə fəal “döyüşçüdür”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib