Ağsaqqallar Şurasının üzvləri hərbi hospitalda Vətən müharibəsi qazilərini ziyarət ediblər
28.09.2022 20:17

Azərbaycan Ağsaqqallar Şurasının üzvləri - sədr müavini, professor Elmira Süleymanova, Aparat rəhbəri Ramin Həsənli, böyük məsləhətçi-hüquqşünas Kamal Əliyev, o cümlədən Şuranın məsul şəxsləri Rafiq Rzayev və Elşad Quliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə alan Vətən müharibəsi qazilərini ziyarət ediblər.

 

Şuradan bildirilib ki, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini dərin ehtiramla andıqdan sonra Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin və təşkilatın İdarə Heyətinin üzvlərinin salamlarını qəhrəman qazilərimizə çatdıran Elmira Süleymanova əvvəlcə uca Tanrıdan onların tezliklə sağalaraq normal həyata dönmələrini arzulayıb.

 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərdən, əsgər və zabitlərimizin döyüşlərdə göstərdikləri böyük fədakarlıqlardan, onların misli görünməmiş şücaətlərindən bəhs edib.

 

Hospitalda müalicə alan qazilərimizin şəxsində bütün igidlərimizə, qısa müddət ərzində Ermənistan ordusunu məğlubiyyətə uğradaraq, torpaqlarımızı düşmən tapdağından azad edən mərd Vətən oğullarına minnətdarlığını bildirib. Şəhid ailələrinə və qazilərə qayğının hər zaman dövlət siyasətinin başlıca istiqamətlərindən biri olduğunu vurğulayıb. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadiyyat, ordu quruculuğu və digər sahələrdəki uğurlarından danışan Elmira Süleymanova ölkəmizin gündən-günə inkişaf etdiyini bildirib.

 

Görüşdə Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla rəşadətli Ordumuzun əsgər və zabitlərinin həyata keçirdiyi qəhrəmanlıqlardan söhbət açaraq onlara sonsuz minnətdarlığını ifadə edib, müalicə olunan bütün qazilərimizə Allahdan şəfa diləyib.

 

Sonda Elmira Süleymanova hospitalda gecə-gündüz qazilərimizin qayğısına qalan, onları müalicə edən tibb işçilərinə və Vətən uğrunda döyüşlərdən qəhrəman kimi ayrılan igid, qorxmaz Azərbaycan oğullarına bir daha öz dərin təşəkkürünü bildirib. Qazilərimizlə və hospitalın tibbi heyəti ilə xatirə şəkilləri çəkdirilib.
Azərbaycan Ağsaqqallar Şurasının rəhbərliyi adından hərbi hospitalda müalicə alan qazilərə ərzaq sovqatları təqdim edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib