Dünya Ürək Gününə həsr olunan beynəlxalq konqres keçiriləcək
28.09.2022 20:07

Sentyabrın 29-da Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti tərəfindən Dünya Ürək Gününə həsr olunan Ürək-damar Xəstəlikləri Beynəlxalq Konqresi keçiriləcək.

 

Hibrid formatda baş tutacaq, 50 nəfərə yaxın mütəxəssisin əyani, 300-dən artıq mütəxəssisin isə onlayn qatılacağı tədbir Cəmiyyətin sosial media kanallarında canlı yayımlanacaq.

 

30 sentyabr tarixində rezidentlər və gənc həkimlər üçün praktiki kurslar, təcrübə məşğələləri təşkil olunacaq.

 

1 oktyabr tarixində isə Qocalar evində məskunlaşmış ahılların və uşaq evində məskunlaşmış kimsəsiz uşaqların tibbi müayinədən keçirilməsi planlaşdırılır. Günün sonunda ürək sağlamlığının təbliği məqsədilə həkimlərlə idman jurnalistləri arasında futbol oyunu keçiriləcək.

 

Sosial tədbirlərin keçirilməsində əsas məqsəd ürək sağlamlığına cəmiyyətin diqqətini çəkmək, bu sahədə maarifləndirmə işləri aparmaqdır.

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının iclasında Dünya Ürək Gününə həsr olunan Ürək-damar Xəstəlikləri Beynəlxalq Konqresi davamlı tibbi təhsil verən tədbir kimi tanınıb və konqresə 16 kredit balı verilib.

 

Konqresə qeydiyyat linki:

https://forms.gle/m1wQeERURogToWkQA 

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib