Respirator disstress sindromunun əlamətləri nədir? - Uzman terapevt AÇIQLADI
28.09.2022 15:30
Respirator disstress sindromu kəskin tənəffüs çatışmazlığı ilə xarakterizə olunan xəstəlikdir.
 
Aztibb.az xəbər verir ki, bu barədə uzman terapevt Çinarə Səfərova məlumat verib.
 
Həkim bildirib ki, xəstəlik aşağıdakı əlamətlərlə özünü büruzə verir:
- ağciyərlərin müxtəlif kəskin zədələnmələri
- ağciyərlərin qeyri-kardiogen ödemi
- xarici tənəffüsün pozulması
- hipoksiya
- ağciyərdə infiltirasiya.
 
Ç.Səfərova qeyd edib ki, xəstəliyin klinik simptomları zədələyici faktorun təsirindən bir-neçə saat sonra təzahür edir. Xəstələrdə səthi tənəffüs, təngnəfəslik, hipoksemiya əmələ gəlir. Respirator disstress sindromun açıq şəkli 2 gün ərzində aydın olur. Daima oksigen inhalyasiyası verilmədikdə xəstələrdə sianoz meydana gəlir, dəridə göy ləkələr görünür.
 
"Diaqnozun qoyulmasında qanın və qan plazmasının ümumi analizləri, qanın qaz tərkibinin analizlərinin nəticələri, rentgenoloji müayinə əsas rol oynayır. Müalicə xəstəxana şəraitində reanimasion tədbirlərin tətbiqi ilə aparılır",- deyə uzman həkim qeyd edib..
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib