Rezidenturaya əlavə yerləşdirmə zamanı qəbul olanların qeydiyyatı yekunlaşıb  
27.09.2022 10:53

Rezidenturanın boş qalan plan yerlərinə əlavə yerləşdirmə zamanı qəbul olanların qeydiyyatı prosesi yekunlaşıb.

 

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.