"Ciddi daralmış və tam tıxanmış damarlar mütləq açılmalıdır!" - Uzman həkimdən VACİB TÖVSİYƏ
26.09.2022 15:44

Ciddi daralmış (>50%) və tam tıxanmış (100%) damarlar mütləq açılmalıdır.

 

Aztibb.az-ın xəbərinə görə, ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev bu barədə məlumat verərək bildirib ki, ürəyin tac damarlarından birində daralma və tıxanma olarsa, bu ölüm daxil olmaqla ciddi nəticələrə səbəb ola bilər. Daralma vaxtında aradan götürülməzsə, infarktla nəticələnir.

Həkimin sözlərinə görə, damar tıxanmalarının ilk simptomu döş sümüyünün arxasında yaranan ağrıdır. Əgər aktiv hərəkət zamanı təngnəfəslik və ağrı olursa, artıq ürək damar tıxanmasından şübhələnmək olar. Xəstəlik bəzən simptomsuz inkişaf edir. Heç bir şikayəti olmayan insanlarda yalnız müayinə zamanı damar tıxanıqlığı olduğu aşkar olunur:

"Siqaret, içki, stress, hərəkətsizlik, artıq çəki, yağlı qidalanma, şəkər xəstəliyi və s. səbəblər damarları zamanla tıxayır.

Dəqiq diaqnoz üçün koronar anqioqrafiya əsasdır. Angioqrafiyada aşkarlanmış daralmaların yerinə və ciddiliyinə görə dərman müalicəsi, invaziv üsullarla (stent) damar açılması və ya cərrahi əməliyyat tövsiyə olunur".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır