Qırışların yaranmasının qarşısını alan meyvə və giləmeyvələr
27.09.2022 16:01

Tədqiqatlar göstərir ki, intensiv rəng verən piqmentləri ehtiva edən meyvələr hüceyrələrin yenilənməsini stimullaşdıra və qırışların qarşısını ala bilir.

 

Alimlər bildirirlər ki, giləmeyvə və meyvələrin qabığı nə qədər tünd olarsa, onların dəriyə cavanlaşdırıcı təsiri bir o qədər güclü olar. Rəng verən piqmentlər meyvənin öz ultrabənövşəyi qoruyucu agentləridir, yəni bitkini həddindən artıq günəş şüalarından qoruyurlar. Bu təbii boyalar flavonoidlər ailəsindən olan antioksidantlar - antosianlardır.

 

Antosianlar sərbəst radikallar adlanan zərərli birləşmələrlə mübarizə aparır. Sərbəst radikallar stres, qeyri-sağlam həyat tərzi, ətraf mühitin toksinləri, ultrabənövşəyi şüalanma nəticəsində yaranır və bədəndə iltihabı stimullaşdıraraq orqanizmə zərər verir ki, bu da ürək xəstəliklərinə, erkən qocalmaya və xərçəngə səbəb ola bilər. 

 

Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, antosianlar bu sərbəst radikalları yox edir və orqanizmin hüceyrələrini oksidləşdirici stresdən qoruyaraq, onların mənfi təsirini məhdudlaşdırır.

 

Tədqiqatlar göstərib ki, antosianlar üz dərisinin rənginə müsbət təsir edir – dəri daha sağlam, parıltılı və cavan görünür. Belə təsir, o cümlədən, ultrabənövşəyi şüalanmadan müdafiə ilə də şərtləndirilib. Dəri ondan nə qədər yaxşı müdafiə olunubsa, kollagen də bir o qədər daha yaxşı əmələ gəlir və qırışların yaranmasının qarşısı daha yaxşı alınır.

 

Bundan başqa, antosianlar dəri xərçənginin qarşısını almağa kömək edir.

 

Heyvan və sınaq şüşəsinin müxtəlif modelləri göstərib ki, bitki məhsullarının qırmızı piqmenti xərçəng hüceyrələrini hələ toxumda məhv edir, eləcə də şişlərin artmasının sürətini azalda bilər.

 

Antosian daha çox hansı qidalarda var: kəndalaş, qara qarağat, gilas, böyürtkən, mərcan, çiyələk, turş albalı, moruq, qara üzüm.

 

Tərəvəzlər arasında faydalı maddələr mənbələri: qara lobya, qırmızı kələm, badımcan.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır