Şam qozası astma, xroniki bronxit, pnevmoniyada olduqca faydalıdır - Fitoterapevt
25.09.2022 10:27
Şam meşəsində gəzmək ağciyər üçün çox faydalıdır. Şam ağacının yaz aylarında tozcuqları olur, bunlar şamın mayalanması üçündür və toz kimi havada uçarlar.
Ağacın altına salafan sərib, burunu respiratorla tutub ağacı silkələyərək tozlar yığılır. 200 qram toz 1 kq bal ilə qarışdırılır. Bütün ağciyər xəstəliklərində bu məcundan gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı yeyilir. Bu məcun həm də cinsi istəyi artırır.
Aztibb.az xəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov məlumat verib.
F.Hüseynov aşıl qozaların faydası barədə də danışıb.
"Yaşıl qozalar yığılır, sərilir və qurudulur. Qurusundan 2 çay qaşığı 3 stəkan suda dəmlənilir və 1 çay qaşığı bal əlavə olunur. Astma xəstəliyində, xroniki bronxitdə, pnevmoniyalarda, nəfəs çatışmazlığında gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1 stəkan içilir. Amma şam qozası dəmləməsini 10 gündən artıq içmək olmaz. Bunu nəzərə almaq lazımdır ki, 10 gün içildikdən sonra 2 həftə ara verib, yenə müalicəni davam etmək lazımdır".
Həkim əlavə edib ki, qurudulmuş şam qozasından 3 xörək qaşığı 3 stəkan suda 5 dəqiqə qaynadıb süzün və suyu ilə saçlarınızı yuyun. Bu, kəpəklənməni və qaşınmanı aradan qaldırır, saç dibindəki göbələkləri məhv edir.
Fitoterapevtin sözlərinə görə, şam qozasından 3 xörək qaşığı 1 litr təbii alma sirkəsinə qarışdırıb 1 ay gözləyin, sonra isə süzün. Bu sirkədən gündə 2 dəfə yeməkdən 2 saat sonra 1 xörək qaşığı 1 stəkan suya qarışdırıb mədə-bağırsaq göbələyinin qarşısını almaq üçün çox təsirli bir vasitədir. Yaşıl şam qozasını yığıb ət maşınından keçirin. Bunu lopa halında da keçəllik müalicəsi üçün başa sürtüb 1 saat gözləmək lazımdır. Bunu gündə 1 dəfə 1 ay etmək çox faydalıdır.
Şam qozalarını 10 ədəd 3 litr suda 10 dəqiqə qaynadıb süzün. Bu sudan babasil zamanı vanna qəbul edilir. Su bir qaba tökülür və gündə 1 dəfə yarım saat suda oturulur. Bundan başqa, yaşıl qozaları yığıb qurudun, sonra xırdalayın 5 xörək qaşığı 250 qram küncüt yağına qarışdırıb adi çay dəmləyən kimi 1 saat qaynatmadan dəmləyin və 1 gün sonra süzün. Bu yağdan uşaqlarda əmələ gələn diatezlər zamanı bişməcələrin üzərinə vurduqda onları aparır. Böyüklər də bişməcələrin və sızanaqların müalicəsində bundan istifadə edə bilər. Bu yağ həm də ləkələrin müalicəsində də istifadə oluna bilər.
Bu bölməyə aid digər xəbərlər
Plastiklərdəki üç kimyəvi maddənin birgə təsiri xərçənglə əlaqəli genləri aktivləşdirir
21.10.2026 | 10:00
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

