Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Gömrük Hospitalının əməkdaşları tədbirdə iştirak ediblər
24.09.2022 20:59

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə və Mərkəzi Gömrük Hospitalının həkimləri - psixiatr İradə Ramazanova, diyetoloq Məlahət Kərimova və nevropatoloq Mənsumə Talıbova Dayaq Patronaj Xidməti tərəfindən təşkil olunmuş "Altsheymer, demensiya və koqnitiv pozğunluqlar zamanı rast gəlinən problemlər və onların tibbi sosial həlli yolları" mövzusunda tədbirdə iştirak ediblər.

 

Tədbirdə Dayaq Patronaj Xidmətinin təsisçisi Nərmin Mahmud iştirakçıları salamlayaraq, təşkilatın yaranma tarixi və fəaliyyət istiqamətləri barədə məlumat verib. Təşkilatın həmtəsisçisi Zəhra Vəzirova da çıxış edərək altsheymer xəstəliyinə müasir və multidisiplinar yanaşmanın əhəmiyyəti barədə fikirlərini bölüşüb və tədbir iştirakçılarını müzakirələrdə aktiv olmağa dəvət edib.

 

Yüksəkixtisaslı mütəxəssislər tərəfindən proqrama uyğun olaraq “Demensiyadan eumensiyaya: müasir diaqnostika və yanaşmalar?”, “Şiddətli demensiyası olan pasiyentlərdə davranış əlamətlərinin müalicəsi üçün EMDR metodunun effektivliyi.”, “İltihab əleyhinə diyetin Altsheymerli pasiyentlərdə tətbiqi bir dönüş nöqtəsi ola bilər ?”, “Demensiya və qlobal ictimai səhiyyə: əsas çətinliklər və perspektivlər?”, “Altsheymer xəstəliyinin profilaktikası: həyat tərzimizi necə dəyişək?”, “Altsheymerli xəstələrin hüquqları-nələri bilmək vacibdir?” mövzularında məruzələr dinlənilib.

 

Müzakirələrin sonunda altsheymer xəstələrinə beynəlxalq standartlara uyğun xidmətlərin yaradılması və təşkili məqsədilə aidiyyatı ixtisaslı mütəxəssislərdən ibarət təşəbbüs qrupunun yaradılmasının zəruriliyi barədə ortaq nəticə əldə edilib.

 

Psixiatr, nevropatoloq, psixoterapevt, psixoloq, hüquqşunaş, ictimai səhiyyə mütəxəssisi, dietoloq, hüquqşunas ixtisaslarına malik mütəxəssislərin iştirak etdiyi tədbirdə dəvətli qonaq qismində iştirak edən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Nevrologiya və klinik neyrofiziologiya kafedrasının müdiri, Nevroloqların Milli Assosiasiyasının prezidenti Rəna Şirəliyeva da çıxış edərək tədbirin təşkilinin mühüm əhəmiyyət daşıdığını söyləyib və Dayaq Patronaj Xidmətinə fəaliyyətində uğurlar arzu edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb