Azərbaycanlı həkim Çində ölkəmizi təmsil edib
23.09.2022 17:56

Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının əməkdaşı, bariatrik-metabolik cərrahiyyə üzrə tanınmış həkim, tibb üzrə fəlsəfə doktoru Taryel Ömərov Çin Bariatik və Metobolik Cərrahlar Dərnəyinin (CSMBS) 9-cu illik konfransı, Beynəlxalq Piylənmə Cərrahiyyəsi və Metabolik xəstəliklər Assosiasiyasının (İFSO) 7-ci simpoziumu, həmçinin 1-ci Beynəlxalq Çin Metabolik və Bariatik Cərrahiyyə konfransında ölkəmizi təmsil edib.

 

Səfər haqqında məlumat verən T.Ömərov bu mötəbər tədbirə dəvət edildiyi üçün təşkilat komitəsinin üzvlərinə, xüsusən Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının həmsədri, YOUNC İFSO prezidenti Wah Yanga təşəkkürünü bildirib: “Nəzərinizə çatdırmaq istəyirəm ki, Cənubi Qafqaz və Orta Asiya ölkələrindən yalnız Azərbaycan bu konfranslarda təmsil olunurdu. Dünya səviyyəli tədbirdə çıxışçı qismində iştirak etmək mənim üçün çox önəmli hadisə idi”.

 

T.Ömərovun sözlərinə görə, onun “Mədənin boylama rezeksiyasından sonra GERD profilaktikası: milli təcrübəmiz” adlı çıxışı çox maraqla qarşılanıb. Həkim qeyd edib ki, bu problem hazırda dünyanın ən aktual müzakirə edilən elmi-cərrahi prosesidir: “Bildiyiniz kimi, bariatrik-metabolik cərrahiyyə metodları arasında dünyada ən çox əməliyyat edilən metod rezeksiyasıdır. Lakin bu əməliyyatların uzaq dövr üçün bəzi çatışmayan cəhətləri var. Ölkəmizdə 9 ildir ki, bu əməliyyatlar tərəfimizdən uğurla həyata keçirilir və fəsadların qarşısının alınması üçün tətbiq etdiyimiz xüsusi metodika var. Bu metodika 2017-ci ildə Beynəlxalq İdeya Müəllifliyi Agentliyi, 2018-ci ildə isə Avrasiya Patent Təşkilatı tərəfindən patent əldə edib. Çindəki çıxışımda da milli təcrübəmiz olan bu metodun fəsadların qarşısının alınmasındakı xüsusi rolundan bəhs etdim”.  

 

Məlumat üçün bildirək ki, Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Assosiasiyasının sədri T.Ömərovun bu metodu piylənmədən əziyyət çəkən pasiyentlərin artıq çəkidən qurtulması üçün icra edilən cərrahiyyə əməliyyatları zamanı istifadə olunur. İndiyədək dünyanın bir çox nəşrlərində bu metod barədə elmi məqalələr dərc edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb