“Ürək xəstələrində poliklinik reabilitasiya mərhələləri” təlimi keçirilib
23.09.2022 17:45

Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsinin rəisi, kardioloq Tamilla Əliyeva və fizioterapevt Səidə Kərimova 20-23 sentyabr 2022-ci il tarixlərində “Ürək xəstələrində poliklinik reabilitasiya mərhələləri” mövzusunda təlimdə iştirak ediblər.

 

Təlim Rusiyanın Bərpaedici Tibb və Reabilitasiya Mərkəzinin reabilitasiya üzrə həkim-kardioloqu Litvyakova İ. və Rusiyanın “Wellness and Antiage” tibb müəssisəsinin eksperti Dobrodeev İ. tərəfindən aparılıb.

 

Tədbirdə müxtəlif ürək xəstəliklərində reabilitasiya proqramı və ağciyər xəstəliklərindən sonra reabilitasiya protokalları, müalicə prosedurlarında istifadə olunan avadanlıqlar və prosedurlar barədə ətraflı məlumat verilib. Eyni zamanda, reabilitasiya zamanı fizioterapevtik müalicə, idmanla müalicə, pəhriz tövsiyyələri barədə də müzakirələr aparılıb. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib