Xətai Tibb Mərkəzində keçən 40 illik bir ömür
23.09.2022 16:50
Xətai Tibb Mərkəzinin həkim-nevroloqu, Nevrologiya şöbəsinin müdiri Afaq Əliyevanın bu müəssisədə əmək fəaliyyətinə başlamasından 40 il ötür. 
 
Aztibb.az-ın məlumatına görə, əmək fəaliyyətinin 40 ili münasibətilə həkimin pasiyentləri, şəhid ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin üzvləri onu təbrik edib, faəliyyətində uğurlar arzulayıblar.
 
Afaq Əliyeva 1975-1981-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. 1982-ci ildə Xətai Tibb Mərkəzində "nevrologiya" üzrə internatura keçib və həmin ildən Mərkəzdə fəaliyyətə başlayıb.
 
O, 1986-cı ildə Uşaq Nevrologiya Mərkəzində kurs keçib. Kursu uğurla başa vuran həkim həm də uşaq nevrologiyası üzrə işə başlayıb. Afaq Əliyeva daim böyüklərin və uşaqların sağlamlığının keşiyindədir.
 
Birinci Qarabağ müharibəsi illərində hospital funksiyasını yerinə yetirən Xətai Tibb Mərkəzinə gətirilən yaralılara digər həmkarları kimi Afaq xanım da lazımi tibbi yardım göstərib. O, həmçinin İkinci Qarabağ Müharibəsindən sonra da qazi və şəhid ailələrinin sağlamlığının qayğısına qalıb.
 
Nevroloq həkim ölkədə və xaricdə keçirilən müxtəlif təkmilləşdirmə kurslarında iştirak edib.
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib