Aorta disseksiyası həyati risk daşıyan ciddi patologiyadır
23.09.2022 11:56
Aorta disseksiyası — ana damarımız olan aortanın daxili qişasının cırılması ilə müşayiət olunan və həyati risk daşıyan ciddi patologiyadır. Yaranan yırtıq nəticəsində qan orta təbəqəyə daxil olur və təbəqələr arasında müxtəlif uzunluqda süni boşluqlar (laylanma) yaranır. Bu süni boşluqlar tromboz yarada bilər və ya içərisində davamlı axını olan daimi bir boşluq meydana gətirə bilər.
 
Aztibb.az-ın xəbərinə görə, ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev bu barədə məlumat verərək disseksiyanın uzandıqca aorta qapağına zərər verə bildiyini, qan dövranını əngəlləyəcəyini deyib. Bildirib ki, bu vəziyyət xəstədə ürək, beyin, onurğa beyni və daxili orqanların işemik fəsadları ilə nəticələnə bilər:
 
"Hazırda müalicə üçün cərrahi üsullarla yanaşı endovaskulyar metodlardan da istifadə edilir. Günümüzdə aorta disseksiyası hibrid üsulla ləğv olunur. Hibrid üsul-klassik cərrahi əməliyyatlarla endovaskulyar əməliyyatların birgə istifadə olunmasıdır".
 
Həkim bu metodla xəstələrdə böyük kəsiklərin, qan itkisinin və əlavə travmanın qarşısını almağın mümkün olduğunu əlavə edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır