Reanimatoloq Xəqani İsgəndərov - Peşəkar həkimlərimizi tanıyaq!
23.09.2022 17:45

“Həkimlərimizi tanıyaq!” rubrikamızda saytımızın oxucularına zəngin iş təcrübəsinə malik peşəkar həkim, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinin Uşaq reanimasiyası və İntensiv terapiya bölməsinin reanimatoloqu Xəqani İsgəndərov haqqında məlumatları təqdim edirik.

 

Xəqani Hacı oğlu İsgəndərov 1 oktyabr 1963-cü ildə Gürcüstan Respublikasında anadan olub. 1981-1987-ci illərdə N.Nərimanov adına Tibb İnstitutunun Pediatriya fakültəsində təhsil alıb. 1987-1988-ci illərdə K.Fərəcov adına Pediatriya Elmi-Tədqiqat İnstitutunda internatura keçib.

 

O, 1988-1993-cü illərdə Şəki rayon Turan qəsəbəsində həkim-pediatr kimi əmək fəaliyyətinə başlayıb. 1993-2001-ci illərdə Azərbaycan Hərbi Silahlı Qüvvələrində tibb-xidməti kapitanı vəzifəsində xidmət edib. I Qarabağ müharibəsində, daha dəqiq desək 1993-cü ildə Ağdam rayon uğrunda gedən döyüşlərdə həkim kimi şücaət göstərib. 2001-ci ildə Mingəçevir şəhər “Ana və uşaq” MSM-nin Reanimasiya şöbəsində həkim-reanimatoloq vəzifəsində çalışıb. 2017-ci ildən Mingəçevir ŞMX-nın Reanimasiya şöbəsinin Uşaq reanimasiyası və İntensiv terapiya bölməsində həkim-reanimatoloq kimi fəaliyyətini davam etdirir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb