Baş müfəttişlərə ilk yardım təlimi keçirilib  
23.09.2022 10:31

Sentyabrın 22-də Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Sanitar-Karantin Xidmətinin Mərkəz Ərazi baş müfəttişi Hüseyn Qasımov tərəfindən Mərkəzi Gömrük Hospitalında Beynəlxalq Hava Limanı gömrük sərhəd buraxılış məntəqəsinin baş müfəttişləri və Şimal Ərazi baş müfəttişi Müşfiq Qəhrəmanov tərəfindən “Samur” gömrük sərhəd buraxılış məntəqəsində fəaliyyət göstərən baş müfəttişlər üçün “Təməl Həyata Dəstək” ilk yardım təlimi keçirilib.

 

Komitədən bildirilib ki, təlimin əsas mövzusu hadisə yerinin qiymətləndirilməsi, təhlükəsizliyin təminatı, CPR və ya ürək-ağciyər canlandırılması, sarğıların düzgün qoyulması, AED və ya avtomatlaşdırılmış defibrilyatordan istifadə qaydaları olub. Təlim kursunu bitirdikdən sonra təlim iştirakçıları BLS sertifikatını əldə etməklə, hadisə yerinə təcili tibbi yardım briqadası gələnədək xəstə və ya travma almış şəxsə həyati vacib ilk yardım tədbirlərinin görülməsi üçün baza bilik və bacarıqlarını mənimsəyiblər. Xatırladaq ki, bu kimi təlimlər mütəmadi olaraq bütün gömrük sərhəd buraxılış məntəqəsində həyata keçirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib