İlkin tibbi yardım kimi məsuliyyətli bir işin öhdəsindən layiqincə gələn həkim - Racu Nəbiyev
22.09.2022 10:15
“Həkimlərimizi tanıyın!” rubrikasında sizə ilkin tibbi yardım kimi məsuliyyətli bir işin öhdəsindən layiqincə gələn təcili yardım həkimi Racu Nəbiyev haqqında məlumatları təqdim edirik.
Aztibb.az Mərkəzi Gömrük Hospitalına istinadla xəbər verir ki, təcili yardım həkimi Racu Nəbiyev Hospitalın Təcili tibbi yardım şöbəsində protokola (CPR, BLS, ACLS, ATLS) uyğun olaraq reanimasiya və stabilləşdirmə tələb edən ağır xəstə və yaralanan xəstələrin təcili qəbulu, stabilləşdirilməsi və ixtisasçılara ötürülməsi; kardiovaskulyar, pulmonar, mədə-bağırsaq, kranioserebral və endokrinoloji xəstəlikləri olan xəstələr üçün ilkin qiymətləndirmə və yardım; xəsarət almış və şok halında olan xəstələrin ilkin və yekun qiymətləndirilməsi; beyin zədəsi olan xəstənin Glazgo Koma şkalası ilə qiymətləndirilməsi və ilkin yardım; baş və üz yaralanmalarının qiymətləndirilməsi, boyun və onurğanın zədələnməsi zamanı immobilizasiya; kiçik cərrahi prosedurların aparılması prosedurlarını həyata keçirir.
Racu Nəbiyev 2010-cu ildə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini bitirmiş, 2010-2011-cu illərdə Mərkəzi Klinik Xəstəxanasında anestezioloq-reanimatoloq ixtisası üzrə internatura təhsili almışdır. Əmək fəaliyyətinə 2011-ci ildə başlamış, "N" saylı hərbi hissədə Tibb məntəqəsinin rəisi, 2013-2019-cu illərdə müxtəlif dövlət və özəl tibb müəssisələrində anestezioloq-reanimatoloq kimi çalışıb. 2020-ci ildən Mərkəzi Gömrük Hospitalında Təcili yardım şöbəsinin həkimi kimi fəaliyyət göstərir.
O, daim öz üzərində daim çalışır, tibb sahəsində bilik və bacarıqlarını təkmilləşdirmək üçün ixtisasartırma təlimlərində iştirak edir, dünya mətbuatını izləyir. O, 2015-ci ildə Bakı şəhərində keçirilən Amerika Ürək Assosiasiyasının ACLS-Təkmil Kardiovaskulyar Həyata Dəstək təlimində iştirak edib.2018-ci ildə Bakıda Həkimlərin sertifikasiyasından keçdikdən sonra ona Azərbaycan Respublikasının ərazisində anesteziologiya-renimatologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq icazəsi verilib.
Tibb xidməti leytenantı R.Nəbiyev 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. O, Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş və Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 24 iyun 2021-ci il tarixində “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.
Həkim barədə daha ətraflı məlumat almaq üçün link: https://customshospital.az/racu-nebiyev
Xatırladaq ki, Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardımına məxsus 905 nömrəli çağri mərkəzi 24 saat əhalinin xidmətindədir. Öz bilik və bacarıqlarını daima yeniləyən ambulans heyəti təcili yardım üçün müraciət edən xəstələrə dəqiqələr ərzində həyati vacib tibbi xidmət göstərmək qabiliyyətindədir.
Bu bölməyə aid digər xəbərlər
Plastiklərdəki üç kimyəvi maddənin birgə təsiri xərçənglə əlaqəli genləri aktivləşdirir
21.10.2026 | 10:00
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

