Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun həkimləri Türkiyədə təkmilləşdirmə kursunda iştirak ediblər
21.09.2022 15:36
V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun həkim-infeksionistləri Afət Əkbərova və Elvira Əliyeva Türkiyyə Cümhuriyyətin İzmir şəhəri Ege Universitetində infeksion xəstəliklər üzrə təkmilləşdirmə kursunda iştirak ediblər.
 
İnstitutdan Aztibb.az-a verilən məlumata görə, təlim Ege Universitetinin İnfeksion xəstəliklər və klinik mikrobioloji elm bölməsinin tanınmış professorları tərəfindən keçirilib.
 
Təlim zamanı gündəlik praktiki iş əsnasında infeksion xəstəliklərin həm ambulator, həm də stasionar şəraitdə müasir diaqnostika və ümümdünya səviyyəsində qəbul olunmuş protokol sxemlərin tətbiqi ilə bilik və bacarıqlar mənimsənilib. Bununla yanaşı, azərbaycanlı həkim-infeksionistlər hər həftə keçirilən elmi-təcrübi seminarlarda yaxından iştirak ediblər.
 
Qazanılmış nailiyyətlər respublikada infeksion patologiyanın vaxtında aşkarlanması, qısa müddətdə diaqnostikası və müasir standatlara uyğun müalicə və profilaktikası üçün zəmin yaradacaqdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib