ÜST-nin Qiymətləndirmə Missiyasının nümayəndə heyəti Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda olub
21.09.2022 14:53
Ə.Əliyev adına Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ölkəmizdə işgüzar səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Qiymətləndirmə Missiyasının nümayəndə heyəti ilə görüş keçirilib.
 
Qonaqları salamlayan institutun rektoru, professor Nazim Qasımov bildirib ki, ÜST ilə olan qarşılıqlı əməkdaşlıq şəraitində ölkəmizdə mühüm işlər görülüb, uğurlu layihələr həyata keçirilib: “Təşkilatın Azərbaycan üzrə nümayəndəliyi respublikamızda səhiyyənin təkmilləşdirilməsi işində Səhiyyə Nazirliyi və yerli icra strukturları ilə birgə fəaliyyət göstərib”.
 
Görüş zamanı ÜST-nin Avropa ofisi və Azərbaycan üzrə nümayəndəliyinin səhiyyədə insan resursları, ilkin səhiyyə xidməti, tibb bacısı siyasəti və xəstəxanalar istiqamətində gördüyü işlər haqqında fikir mübadiləsi aparılıb.
 
Qonaqlar institutda aparılan tədris, elmi və kliniki işlərlə yaxından tanış olaraq, tədris bazasının fəaliyyətini izləyiblər.
 
Qeyd edək ki, ÜST-nin Qiymətləndirmə Missiyası ölkəmizin başqa aparıcı tədris və müalicə müəsssisələri ilə də tanış olacaq.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib