Fitoterapevt min bir dərdə dərman ud hindi yağının hazırlanması qaydasını açıqlayıb
21.09.2022 11:38
Həkim-fitoterapevt Fizuli Hüseynov ud-hindi bitkisinin yağının hazırlanması qaydaları haqqında məlumat verib.
Həkim bildirib ki, 1 xörək qaşığı ud hindi tozunu 100 qram zeytun yağı ilə qarışdırıb ağzı kip bağlanılan şüşə qaba töküb evdəki istilik sobasında (otopleniyada) (temperaturu 50-60 dərəcə arası) 10 gün saxlayın sonra sobadan götürüb süzün. O, bu yağı ev temperaturunda 2 ilə qədər saxlamağın mümkün olduğunu qeyd edib.
F.Hüseynovun sözlərinə görə, bu yağ gündə 3 dəfə hər burun dəliyinə 4-5 damcı tökülür. İstifadə müddəti xəstəlikdən asılı olaraq dəyişir.
Ud hindi yağının faydaları
Boğaz ağrılarınız varsa ağrılar tam keçənədək gündə 3 dəfə ud hindinin yarısını buruna tökün, hətta ağrılar keçəndən sonra da əlavə 3 gün istifadəni davam edin. Hər axşam yatmazdan əvvəl boğazınızı bu yağla zəif masaj edin.
Şişmiş badamcıqlar üçün burundan gündə 3 dəfə ud hindi yağı tökülməsi əla nəticə verir.
Xroniki faringitdə gündə 3 dəfə burundan 3 damcı ud hindi yağı tökülməsi faydalıdır. Daha da yaxşı nəticə almaq üçün 1 çay qaşığı ud hindi tozunu 1 çay qaşığı bal ilə qarışdırıb yeyin.
Qrip zamanı burunda tutulmalar varsa ud hindi yağını gündə 3 dəfə buruna tökün.
Həm xroniki, həm kəskin, həm də allergik rinitlərdə gündə 3 dəfə ud hindi yağını burun dəliklərinə tökün nəticə heyrətamizdir.
Haymoritdə. Ud hindi yağı çox güclü iltihab əleyhinə bir vasitədir, o qədər təsirlidir ki, buruna tökən kimi ağız boşluğunda iltihab axıntısı hiss olunur, bu müalicə ən azı 1 ay davam edilməlidir.
Frontitdə. Frontit daha çox qripdən sonra alın ciblərinə irinli infiltratın yığılmasından sonra qalır belə insanlarda daimi baş ağrısı, başı aşağı əyəndə ağrıların çoxalması kimi özünü göstərir. Ud hindi yağını gündə 3 dəfə buruna tökün, axşam yatmazdan əvvəl alın hissəni bu yağla masaj edin müalicə müddəti ən azı 1 ay olmalıdır. Müalicə müddətində 2 dəfə alın ciblərinin üstündən 2 banka hicama etdirin.
Soyuqdəymədən sonra qulaqlarda əmələ gəlmiş ağrıları və küyləri aradan qaldırmaq üçün təcrübədə ən faydalısı ud hindi yağı olub. Burun dəliyindən qulağa yol vardır, iltihab zamanı həmin yol qapanır, qulaqda ağrılar və küylər əmələ gəlir, ud hindi yağı bu yolu iltihabdan təmizləyir.
Qulaq pərdəsinin deşilməsi zamanı ud hindi yağını gündə 3 dəfə hər dəfə 1-2 damcı qulağa tökün bütün irinli infiltratı qısa zamanda aradan qaldıracaqdır.
Uşaqlarda qulaq ağrıları zamanı ud hindi yağını qulağa 1 damcı tökə bilərsiniz.
Əzələ ağrıları zamanı ağrı verən əzələni ud hindi yağı ilə masaj edin. Oynaq ağrılarında, artrozlarda, artritlərdə, onurğada əmələ gəlmiş duzlaşmalarda ud hindi yağı ilə gündə 2-3 dəfə masaj edin. Bu müalicələri edən zaman ud hindi yağı buruna töküləndə çox yandırırsa əlavə zeytun yağı qarışdıraraq yandırmanı azalda bilərsiniz. Əsasən kiçik uşaqlarda yandırmalar daha çox olduğundan ud hindi yağını durulaşdırıb sonra istifadə edin.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

