Sumqayıt Tibb Mərkəzində tabeli tibb müəssisələrinin rəhbərlərinin və inzibati heyətin iştirakı ilə iclas keçirilib
20.09.2022 21:22

Sumqayıt Tibb Mərkəzinin (STM) direktoru Səkinə Sadıxovanın rəhbərliyi ilə tabeli tibb müəssisələrinin rəhbərlərinin və inzibati heyətin iştirakı ilə iclas keçirilib.

 

Şəhid ailələri və qazilər, onlarla görülən işlərə həsr olunan iclasda STM-in direktoru Səkinə Sadıxova çıxış edərək bildirib ki, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qəhrəman ordumuzun rəşadəti ilə şəhidlərimizin canı-qanı bahasına Ermənistanın 30 il ərzində işğalı altında olan torpaqlarımız azad edilərək tarixi qələbəyə imza atıldı.

 

Qeyd edib ki, bu gün qəhrəmanlarımızın ailə üzvləri Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən daim diqqət mərkəzində saxlanılır.

 

Vurğulanıb ki, Sumqayıt Tibb Mərkəzi və tabeçiliyində olan müəssisələr tərəfindən şəhid ailələri və qazilərin müayinə, müalicələrinin təşkili, onlara sağlamlaşdırıcı tədbirlərin göstərilməsi istiqamətində zəruri addımlar atılır.


Sumqayıt Tibb Mərkəzinin direktoru S.Sadıxova gələcəkdə bu istiqamətdə görüləcək işlərlə bağlı Ailə Sağlamlıq Mərkəzlərinin baş həkimlərinə, tibb müəssisələrinin əməkdaşlarına, qazilərlə iş üzrə koordinasiya bölümünə müvafiq tapşırıqlar verib.

 

Bundan əlavə, hər bir baş həkimə şəhid ailələrinə və qazilərə göstərdiyi xidmətlə bağlı hər ay hesabatların verilməsi, Həmkarlar İttifaqı Şurasına isə şəhid ailələrinə və qazilərə ediləcək yardımlarla bağlı daha diqqətli və məsuliyyətli yanaşmaq tapşırılıb.

 

Tibb Mərkəzinin direktor müavinləri Təranə Rəcəbli və İlkin Namazov şəhid ailələrini və qaziləri ziyarət etmək, problemləri ilə daha yaxından tanış olub, tədbirlər görülməsi ilə bağlı çıxış ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib