Azərbaycanda böyrək və qaraciyər köçürülməsi sahəsində ən böyük çatışmazlıqlar AÇIQLANIB  
20.09.2022 16:15

Azərbaycanda böyrək və qaraciyər köçürülməsi sahəsində ən böyük poblem mütəxəssis çatışmazlığı və donor tapılması ilə bağlıdır.

 

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.

 

O qeyd edib ki, TƏBİB və Səhiyyə Nazirliyinin tabeliyində olan xəstəxanalarda ehtiyacı olan xəstələrə bu kimi əməliyyatların icrası üçün çox da böyük imkanlar yoxdur:

 

“Dediyim kimi ən böyük məsələ xəstəxanalarda orqan köçürülməsi ilə bağlı şəraitin yaradılması və kadr potensialı, ən önəmlisi isə donor tapıllmasıdır. Çünki bu gün böyrək və qaraciyər köçürülməsi üçün ancaq qohum donorlardan istifadə olunur”.

 

Komitə sədri hesab edir ki, ölkədə dializlərin sayı azalmalı və böyrək köçürülməsi üçün əməliyyatların sayı artmalıdır:

 

“Ölkədə böyrək və qaraciyər köçürməsi ilə bağlı statistika bir çox ölkələrdən geridir. Heç Avropa ölkələri ilə müqayisə aparmağa dəyməz. Düzdür 20 il əvvəlki illərləə müqayisədə irəliləyiş var lakin bu kimi əməliyyatları aparan klinikaların önündə nəinki yüzlərlə, hətta minlərlə xəstə insan növbəsi var. Bu kimi əməliyyatları aparan yeni mərkəzlərin yaranmasına ehtiyac var. TƏBİB, Səhiyyə Nazirliyi və İTSDA bu sahə ilə bağlı müzakirə keçirməli və məsələnin həlli istiqamətində addımlar atmalıdır”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib