Əncir erkən qocalmanın qarşısının alan B6 vitamini ilə zəngindir
20.09.2022 16:31

Müxtəlif vitamin və mikroelementlərlə zəngin olan əncirin qəbulu ürək-damar pozuntularının profilaktikası ilə bağlıdır. Əncir, xüsusən də daha kalorili olmasına baxmayaraq, qurudulmuş halda bir çox baxımdan sağlamlıq üçün faydalıdır.

 

Ənciri qurudulmuş halda yedikdə onun tərkibində olan müxtəlif vitamin və mikroelementlərin, şəkər və kalorinin qatılığı təqribən 5 dəfə artır.

 

Aztibb.az bu barədə tibb saytlarına istinadən xəbər verir.

 

Əncirin tərkibində olan yüksək miqdarda mis həyati əhəmiyyətli proseslərdə, o cümlədən metabolizmin normallaşdırılmasında, eritrositlərin və neyroeritrositlərin əmələ gəlməsində mühüm rol oynayır. Bununla yanaşı, əncir zülalların parçalanmasında, əsəb sisteminin və koqnitiv funksiyaların möhkəmlənməsində, erkən qocalmanın qarşısının alınmasında böyük rol oynayan B6 vitamini ilə zəngindir. Tədqiqatın müəllifləri hesab edirlər ki, əncirdən müntəzəm istifadə etməklə ürək-damar sistemini möhkəmləndirmək mümkündür.

 

Müəyyən edilib ki, əncirdən istifadə arteriyaların boşluğunu dolduran və ürəyin işemik xəstəliyi, infarkt riskini artıran aşağı sıxlıqlı “pis” lipoprotein-xolesterininin miqdarının azaldılmasına kömək olur. Bu meyvə damar divarlarını yaxşılaşdıran K vitamini ilə zəngin olduğundan, həm də tromblardan müdafiə edir.

 

Bununla bərabər, mütəxəssislər əncirdən rasionda ehtiyatla istifadə etməyi məsləhət görürlər. Belə ki, əncirin tərkibində təbii şəkərin yüksək qatılığı səbəbindən o, təkcə qanda qlükozanın enib-qalxmasına deyil, həm də allergiyaya səbəb ola bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır