Türkiyəli mütəxəssis: "İki ilə yaxın dövrdə 2200-dən çox qaziyə və şəhid ailəsi üzvünə psixoloji yardım edilib"
20.09.2022 12:43

Fövqəladə Hallar Nazirliyinin (FHN) dəvəti ilə Türkiyədən Azərbaycana gələn psixoloqlar tərəfindən iki ilə yaxın müddətdə 2200-dən artıq qaziyə və şəhid ailəsi üzvünə psixoloji yardım göstərib.

 

Aztibb.az xəbər verir ki, bunu Türkiyədən gələn 20 nəfərlik psixoloq heyətinin rəhbəri Selçuk Demirtaş deyib. O, göstərilən psixoloji yardımların olduqca yaxşı nəticələr verdiyini açıqlayıb: "Müharibədən sonra 2021-ci ilin yanvar ayında 25 nəfərlik heyətlə Bakıya gəldik. Bu müddətdə Bakı, Gəncə, Sumqayıt, Lənkəran və Qəbələdə qazilər və şəhid ailəsi üzvlərinə psixoloji terapiya apardıq. Pasientlərdə müharibədən aldıqları travmalarla bağlı müxtəlif növ simptomlar müşahidə olunurdu. Simptomların çoxunu isə yuxusuzluq, baş ağrıları, diksinərək yuxudan oyanma, aqressivlik, özünə və yaxınlarına zərər verici davranışlar təşkil edir. Birinci müayinədən sonra yoxlanışa gələn pasientlərdə simptomların çoxunun keçdiyini müşahidə etdik. Praktika müraciət edən pasientlərdə bir-iki seansdan sonra yuxusuzluğun düzəldiyini, baş ağrılarının keçdiyini göstərir".

 

Selçuk Demirtaş hazırkı seansların 6 ay nəzərdə tutulduğunu, lakin müraciət olarsa, müddətin uzadıla biləcəyini qeyd edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib